Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:53

«Barmek»in məhkəməsinə jurnalistləri buraxmayıblar


Dövlət ittihamçısı «Barmek» prezidentinə 8 il iş istəyib

Dövlət ittihamçısı «Barmek» prezidentinə 8 il iş istəyib

Sentyabrın 21-də «Barmek» prezidenti Hüseyn Arabulun məhkəməsinə jurnalistləri buraxmayıblar. Bu gün şirkət rəhbərinə və təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilirdi.


«Azadlıq» radiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, proses səhər saatlarına təyin olunsa da sonradan vaxt dəyişdirilib və saat 14.00-a keçirilib. İclas başladıqda isə media təmsilçilərini zala buraxmayıblar.


Proses Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə gedir.
Dövlət ittihamçısı «Barmek» prezidentinə 8 il iş istəyib.


Hüseyn Arabul və «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilir.


«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG