Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

Azərbaycan musiqisini özəlləşdirmiş şirkətə qarşı iddia qaldırıla bilər


Azərbaycanın Rusiyadakı səfirliyi sentyabrın 15-də «ORT» kanalında «Buz dövrü» proqramında fiqurlu konki sürənlər Saşa Savelyeva və Aleksandr Saxnovskinin rəqsi zamanı Azərbaycan bəstəkarı Tofiq Quliyevin «Sənə də qalmaz» mahnısının melodiyasının «Erməni rəqsi» adı altında səsləndirilməsi məsələsinə münasibət açıqlayıb.


Rəsmi məlumatda deyilir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu layihənin baş məşqçisi Aleksandr Julinlə əlaqə saxlayaraq, baş verən hadisə ilə əlaqədar öz narazılığını bildirib. Julin izah edib ki, rəqsin quruluşu üçün istifadə edilmiş rəqs ona tələbələri tərəfindən təklif edilib və 1999-cu ildə Amerikada buraxılmış diskdən götürülüb.


«ANI» adlanan diskin üz qabığında erməni bəstəkarı, dirijoru və ifaçısı Ara Gevorkyanın adı göstərilib. Disk 10 melodiyadan ibarətdir, onlardan beşincisi «Artsax» adlanır və Julinin dediyinə görə, rəqs məhz bu musiqi üzərində qurulub. Diskin üzərində onun EÜE RECORDS şirkəti tərəfindən 1999-cu ildə ABŞ-da buraxıldığı qeyd edilib.


Səfirlik hesab edir ki, mövcud fakt Azərbaycan Respublikasının rəsmi orqanları və Tofiq Quliyevin varisləri tərəfindən müəllif hüquqlarını pozan Amerikanın EÜE RECORDS şirkətinə, Ara Gevorkyan və Sarkis Berberyanın prodüserlərinə qarşı iddianın qaldırılmasına hüquqi baxımdan tam əsas verir.


XS
SM
MD
LG