Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:45

Şagirdlərin 80 faizi repetitor yanına gedir


UNİCEF: «Azərbaycanın əyalətlərində qızlar erkən yaşlarında ərə getdiklərindən təhsildən yayınırlar»

UNİCEF: «Azərbaycanın əyalətlərində qızlar erkən yaşlarında ərə getdiklərindən təhsildən yayınırlar»

BMT-nin uşaq təşkilatı UNİCEF bildiir ki, orta məktəblərdə təhsilin səviyyəsi aşağıdır deyə, Azərbaycanda və Gürcüstanda valideynlərin 80 faizi məcbur olub uşaqları ali məktəbə kənarda hazırlaşdırırlar. Orta məktəblərin maddi-texniki təchizatı da aşağı səviyyədədir.


UNİCEF bildirir ki, Gürcüstanda yaşayan azərbaycanlılar da yaxşı təhsil ala bilmirlər. Təşkilatın Mərkəzi və Şərqi Avropada, MDB ölkələrində təhsilin səviyyəsi ilə bağlı hesabatında belə deyir.


Sənədə o da göstərilir ki, Azərbaycanın əyalətlərində qızlar erkən yaşlarında ərə getdiklərindən təhsildən yayınırlar.


Bakı Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı isə UNİCEF-in hesabatı ilə tam razılaşmır, o hesab edir ki, qızların məktəbdən yayınması ancaq bəzi bölgələr üçün xarakterikdir və hökumət buna qarşı mübarizə aparır.


Şagirdlərin 80 faizinin dərsdən əlavə repetitor yanında hazırlaşmağına gəlincə, şöbə müdiri hesab edir ki, şagirdlərin hazırlığa getməsi normal haldır, bu, təhsilin səviyyəsinin aşağı olması üçün göstərici deyil, amma bütün hallarda 80 faiz şişirdilmiş rəqəmdir.


UNİCEF hesabatında o da deyilir ki, MDB ölkələrində və Şərqi Avropada 14 milyondan çox məktəbyaşlı uşaq təhsildən yayınır.


Təhsildən ən çox yayınan uşaqlar Ermənistan, Gürcüstan, Moldova və Mərkəzi Asiya ölkələridir.


Günün bütün mövzuları

XS
SM
MD
LG