Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:32

Qadınlar üçün nikah yaşı artırılır


Əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib
Əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət və İnsan hüquqları komissiyaları Ailə Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə qanun layihəsi hazırlayıblar. Əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib. Parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli «525»ə bildirib ki, əlavə və dəyişikliklər məcəllənin beş il ərzində aparılan monitorinqinin nəticələrinə əsasən hazırlanıb. Bu işə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də dəstək verib. Məcəlləyə ümumilikdə 4 qrup prinsipial dəyişiklik təklif olunur. Birinci dəyişiklik qadınların nikaha girmə yaşının artırılması ilə əlaqədardır. Hazırda Azərbaycanda kişilər üçün nikah yaşı 18, qadınlar üçün isə 17-dir. Təklif olunan variantda isə həm kişilər, həm də qadınlar üçün nikah yaşı 18 olaraq müəyyənləşdirilir. Layihədə nikah yaşının bir il aşağı salınması ilə bağlı konkret hallar da müəyyənləşdirilir. Buna yalnız nikah yaşına çatmayan qadın hamilə olduqda, nikah bağlamaq istəyən şəxslərin uşaqları doğulduqda icazə verilir.


«Azadlıq» qəzeti yazır ki, Azərbaycan telekanallarında dini proqramların yayımına qadağa qoyulub. Belə verişlərin yayımının yasaq edilməsilə bağlı tapşırığın «yuxarı»dan gəldiyi bildirilir.


«ANS telekanalında yenicə efirə çıxan «Allah Haqqı» verilişi bağlanıb. Amma bu haqda ANS rəhbərliyindən şərh almaq istəyimiz baş tutmayıb. Hər halda, əldə etdiyimiz informasiyalara əsasən söyləmək olar ki, verilişin dayandırılması əmri «yuxarıdan» gəlib. Çünki, ANS-lə yanaşı «Space» telekanalında yayımlanan bir dini verilişin də dayandırılması haqqında bu telekanalın rəhbərliyinə göstəriş verilib».


Qəzet yazır ki, «ümumiyyətlə, son vaxtlar dini sahədə nə baş verdiyi ictimaiyyətə məlum deyil. Gah islamın sütunu olan namazın azanının verilməsinə qadağa qoyulur, gah indiki kimi dini verilişlər qadağan edilir. Məsələyə aydınlıq gətirməli olan Dini Qurumlarla İş üzrə Komitənin fəaliyyət göstərib-göstərmədiyi və ya bu qurumun varlığı bilinmir. Son 6 ayda bu qurumun rəhbəri Hidayət Orucovdan şərh və ya rəy almaq istəklərimiz gerçəkləşməyib. Eyni zamanda, adı çəkilən televerilişlərin aparıcıları olan şəxslərin də mobil telefonları bağlandığına görə həmin şəxslərdən də şərh almaq mümkün olmayıb».


Pənah Hüseyn «Ekspress»ə deyib ki, «müxalifət liderlərinin heç bir şərt qoyulmadan ümumi toplantısı keçirilməlidir».


Millət vəkili bildirib ki, o, bütün müxalifət partiyalarının gələn il keçiriləcək prezident seçkilərində iştirakının tərəfdarıyam.


«Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət müxalifət partiyalarının bu seçkilərdə mümkün olan maraqları ətrafında birləşməsini tələb edir». Müxalifətçi deputat hesab edir ki, iştirak edəcək namizədlərin birliyi yaradılmalıdır. Çünki seçkiöncəsi çevik qərarların qəbul olunması, namizədlərarası əlaqələrin intensivləşdirilməsi səmərəli olar. Bu, parlament seçkilərindən sonra özgələşmə getmiş müxalifətçi qüvvələr arasında psixoloji gərginliyi də aradan qaldırar. «Ziddiyyətli mövqeləri olan partiyaların ümumi maraqları var. Seçki saxtakarlığına qarşı birgə mübarizə, seçkilərin azad və demokratik keçirilməsi üçün şəraitin yaradılması və digər ümumi maraqlarda müxalifətin əməkdaşlığının daha yüksək formaları da ola bilər»-Hüseyn əlavə edib.


«Üç nöqtə» yazır ki, «Azərbaycanda orduya və digər təhlükəsizlik qurumlarına mülki nəzarətlə bağlı problemlər var». Bunu Bakıda səfərdə olan NATO Parlament Assambleyası (PA) missiyasının başçısı bolqarıstanlı Çətin Kazak deyir. O, sentyabrın 20-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Kazakın sözlərinə görə, hazırda Azərbaycanın qarşısında iki əsas məsələ durur: neft-qazın ixracı, vəsaitlərin düzgün xərclənməsi və Qarabağ münaqişəsinin həlli: «Birincini Azərbaycan özü bacarır, ikincinin isə həllinə yaxın vaxtlarda ümid yoxdur».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG