Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:43

Əli İnsanov barəsindəki hökm qüvvədə saxlanıldı


Əli İnsanov yenə də siyasi bəyanatla çıxış edib
Əli İnsanov yenə də siyasi bəyanatla çıxış edib

«Azərbaycanda ailə-klan hakimiyyətinin qurduğu korrupsiya pramidasının başında duran İlham Əliyevin heç kimi korrupsiyada ittiham etməyə mənəvi haqqı yoxdur. Gələcək nəsillərin ümidi olan neft gəlirlərinin qumar və kazino pulları kimi göyə sovurmaq Azərbaycan xalqına qarşı ən ağır cinayətdir. Bu cinayətin qarşısı təcili alınmasa, Azərbaycan yaxın illərdə varın-yoxunu uduzmuş qumarbazın gününə düşəcək».


Sabiq Səhiyyə naziri Əli İnsanov sentyabrın 21-də keçirilən Apellyasiya məhkəməsində belə deyib.


Bugünkü iclasda onunla yanaşı, Anar Namazov, Eldar Rzayev barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb. Digər məhkumlar Pərviz Kazımov, Fəxrəddin Abbasov, Akif Məhərrəmov, Aleksandr Umyaşkinin cəzaları qismən azaldılıb.


Keçmiş Səhiyyə naziri Əli İnsanov və daha 10 məhkumun apellyasiya şikayətinə aprelin 30-dan baxılmağa başlamışdı.


Sabiq nazir 2005-ci ilin oktyabrında həbs olunub. O və nazirliyin yüksək vəzifəli şəxsləri korrupsiya, dövlət əmlakını mənimsəmə və s.-də ittiham olunurlar.


Əli İnsanov ittihamla razılaşmır və özünü siyasi məhbus hesab etdiyini bildirir.


Hakimiyyət isə onun siyasi bəyanatlarının həqiqətə uyğun olmadığın deyir. Hakimiyyət təmsilçiləri bildirir ki, Əli İnsanov cinayətlərini ört-basdır etmək, ictimai fikri yayındırmaq üçün siyasi bəyanatlar verir.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG