Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29

Amerikalıların üçdə biri tənəzzül gözləyir


Amerikalıların cəmi 29%-i Buşun işini müsbət qiymətləndirir

Amerikalıların cəmi 29%-i Buşun işini müsbət qiymətləndirir

Sorğu göstərir ki, amerikalıların cəmi 29%-i Buşun işini müsbət qiymətləndirir. Konqresin işini müsbət qiymətləndirənlərin sayı isə 11%-ə düşüb, keçən il bu rəqəm 14 idi.

Yeni rəy sorğusunu «Reuters» Agentliyi və «Zogby International» sorğu təşkilatı aparır. Onlar amerikalılara liderləri, ölkənin istiqaməti və şəxsi vəziyyəti haqqında 10 sual verib, nəticədə ümumi əhvalı öyrənirlər.


Bu aykı sorğu göstərib ki, amerikalıların üçdə biri gələn ildən tənəzzül gözləyir. Sorğunu aparan Con Zoqbi deyir ki, indi onlar respondentlərdən «tənəzzül» sözünü lap çox eşidirlər. Hər şey yenə ev məsələsiylə bağlıdır. Amerikada ipotekayla ev alanlar pulu ödəyib qurtara bilmirlər, evlər bankların əlində qalıb, satılmır, nəticədə qiymətlər düşüb. Bu isə iqtisadiyyatın başqa sahələrinə də təsir edib, iş yerləri azalıb. Və indi amerikalıların üçdə ikisi hesab edir ki, evlərinin qiyməti gələn ilə ya eyni səviyyədə qalacaq, ya da düşəcək. Respondentlərin 64%-i işi sarıdan rahat olduğunu deyib, keçən ay belə deyənlər bir az artıq - 65% idi.


Sorğuda iştirak edənlərin 56 faizi iqtisadi vəziyyətinin yaxşı, ya da əla olduğunu deyib. Amma keçən ay belə deyənlərin sayı daha çox - 59% idi.


Sorğu zamanı o da məlum olub ki, amerikalıların cəmi 27%-i inanır ki, ölkə doğru yoldadır. Ölkənin iqtisadi və xarici siyasətinə insanların da sayı azdır.


Bu aykı sorğunun çox hissəsi prezident Buşun İraqla bağlı çıxışından sonra aparılıb. Buş İraqdakı əsgərlərin bir hissəsinin vətənə qayıdacağını, amma İraqda yenə böyük qoşun saxlayacaqlarını deyib. Con Zoqbi deyir ki, məhz İraqla bağlı inamsızlıq amerikalıların əhvalına pis təsir edir, Buşun da reytinqi buna görə düşüb. Onun sözlərinə görə, amerikalılara elə gəlir ki, onların problemiylə məşğul olan yoxdur.


Və nəhayət, Amerikada Çin məhsullarına etibar kəskin azalıb. Əhalinin təxminən 80%-i Çin məhsullarından narahatdır. Çindən gələn oyuncaqların təhlükəsi, ziyanlı dəniz bitkiləri, çirkli diş pastaları haqqında reportajlardan sonra amerikalıların təqribən dörddə biri Çin məhsulu almır.


Günün bütün mövzuları

XS
SM
MD
LG