Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:18

«Azərbaycan Transxəzər layihəsi üzrə təşəbbüs irəli sürə bilməz»


Natiq Əliyev: ««Nabukko» layihəsinə qoşulmaq Azərbaycan üçün vacibdir»

Natiq Əliyev: ««Nabukko» layihəsinə qoşulmaq Azərbaycan üçün vacibdir»

Sənaye və Energetika naziri Natiq Əliyev «Azadlıq» radiosuna Azərbaycanın Transxəzər qaz kəməri layihəsi üzrə təşəbbüs irəli sürməsinin mümkünsüz olduğunu deyib: «Bu təşəbbüslə Türkmənistan çıxış etməlidir. Əgər bu baş versə, Azərbaycan Türkmənistana istənilən dəstəyi göstərməyə hazırdır».

Sentyabrın 20-də Azərbaycan və Avstriya hökumətləri arasında «Nabukko» qaz kəməri layihəsi üzrə anlaşma memorandumu ilə bağlı fikirlərini açıqlayan nazir bildirib ki, bu, Azərbaycan üçün bir nömrəli məsələdir:


«Biz «Şahdəniz» yatağı üzrə qaz hasilatının ikinci fazası ərəfəsindəyik. Hətta ən skeptik proqnozlara görə, 2011-ci ildə «Şahdəniz»dən ildə 21 milyard kubmetr qaz çıxarılacaq. Bizə Avropa bazarına çıxmaq üçün yeni imkanlar gərəkdir. Bu səbəbdən «Nabukko» layihəsinə qoşulmaq Azərbaycan üçün vacibdir».


Əliyevin fikrincə, «Nabukko» tipli layihələrin gerçəkləşməsi yalnız tikinti şirkətlərinin iştirak ilə o qədər də real deyil: «Belə layihələrin arxasında istehsalçı şirkətlər dayanmalıdır. Avropa bazarına Mərkəzi Asiyadakı çeşidli qaynaqlardan 31 milyard kubmetr qaz daşınması üçün nəzərdə tutulan «Nabukko»nun dəyəri təxminən 5 milyard dollardır. Əgər layihəyə istehsalçı şirkətlər qoşulmasa, maliyyələşdirmə ilə bağlı böyük problemlər yarana bilər».


O, BTC-ni dediklərinə misal gətirərək bildirib ki, əgər tikinti işlərinin arxasında «BP», «EXXON», «LUKoyl» kimi iri istehsalçı şirkətlər dayanmasaydı, bu layihənin gerçəkləşməsi bəlkə də mümkün olmayacaqdı.


Nazir Azərbaycanın «Nabukko» layihəsində hansı payı alacağının danışıqların növbəti mərhələsində müzakirə ediləcəyini bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG