Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:22

Avstriyanın daha iki şirkəti Azərbaycana gəlir


Sentyabrın 20-də Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev və Avstriyanın Federal naziri Martin Bartenştayn Azərbaycan və Avstriya hökumətləri arasında energetika sahəsində işbirliyi üzrə anlaşma memorandumu imzalayıb.


Heydər Babayev ilik sonuna qədər Avstriyanın «EVM» şirkətilə Azərbaycanda illik gücü 500 min ton olan məişət tullantıları zavodunun tikintisi üzrə müqavilə imzalanacağını bildirib: «Bundan başqa, Avstriyanın «VAMED» şirkəti ilə Azərbaycanda xəstəxana və sağlamlıq mərkəzlərinin inşası layihələri üzrə danışıqlar aparılır».


2006-cı ildə Avstriya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 42 milyon avroya çatıb. Cənab Bartenştayn Avstriyanın Azərbaycanla iqtisadi münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG