Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:35

«Çelsi»yə Qrant və Klark başçılıq edəcək


Sentyabrın 20-də Joze Maurinyo «Çelsi» klubundan istefaya göndərilib

Sentyabrın 20-də Joze Maurinyo «Çelsi» klubundan istefaya göndərilib

«Çelsi»yə Avraam Qrant və Stiv Klark məşqçilik edəcək. Bu, klubun rəsmi bəyanatında bildirilir.

«Çelsi»nin rəsmi saytında deyilir: «Bizim klubumuz çox şaddır ki, Qrant kimi təcrübəli şəxs «Çelsi» üçün bu çətin vaxtlarda dərhal vəzifələrinin icrasına başlaya bilər. «Çelsi»də çoxdandır çalışan Stiv Klark komandaya sonrakı rəhbərlikdə böyük iştirak edəcək».


Klub Avraam və Stivi tam dəstəklədiyini və onlara etibar etdiyini bildirir.


Avraam Qrant təyinata qədər «Çelsi»də idman direktoru işləyib.


Klubun prezidenti Roman Abramoviçlə onu dost əlaqələri birləşdirir.


Sentyabrın 20-də Joze Maurinyo «Çelsi» klubundan istefaya göndərilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG