Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:48

Sentyabrın 18-də Türkiyə hökuməti «Google» şirkətinə məxsus «YouTube» videohostinqinə çıxışı bağlamaq haqda qərar verib.


Ölkənin şərq rayonlarından birinin sakinindən «YouTube»dan şikayət daxil olub. Bundan sonra Türkiyə məhkəməsi saytın bağlanmasına sanksiya verib.


İnternet istifadəçisi bildirib ki, sayta Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkü, həmçinin, hazırkı prezident Abdulla Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğanı təhqir edən çarx yerləşdirilib. Bundan başqa, bu çarx hərbçiləri də təhqir edir.


Son dəfə türk provayderləri «YouTube»u anonim şikayət əsasında bu ilin martında bağlamışdılar.


İranda isə «Google»un başqa xidmətləri-Gmail poçtu və axtarış maşına sentyabrın 16-da çıxış yox idi. İnformasiya üzrə Milli Şuranın katibi Həmid Şahriari blokirovka faktını təsdiqləsə də, bunun nə üçün edildiyinin səbəbini açıqlamırdı. Bazar ertəsi çıxış bərpa olunub, dövlət telekommunikasiya şirkətinin nümayəndələri isə saytların «səhvən» qapadıldıqlarını bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG