Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:24

İran prezidenti vaxtilə Ümumdünya Ticarət Mərkəzinin dayandığı əraziyə gedə bilməyəcək


Nyu-York rəhbərliyi İran prezidenti Mahmud Əhmədinejadın vaxtilə Ümumdünya Ticarət Mərkəzinin - əkiz göydələnlərin dayandığı əraziyə getmək xahişini rədd edib. Göydələnlər 2001-ci il sentyabrın 11-də terror nəticəsində dağıdılıb.


Polisdən bildiriblər ki, imtinaya səbəb uçan binaların yerində inşaat işlərinin aparılmasıdır.


Əhmədinejad BMT-nin Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gələn həftə səfər edəcək.


1979-cu ildən ABŞ və İranın diplomatik əlaqələri yoxdur. Vaşinqton Tehranı İraqda şiə yaraqlılarını dəstəkləməkdə və nüvə silahı yaratmaq cəhdində ittiham edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG