Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

Moskva dioksin nümunələrini Kiyevə verməyə hazırdır, amma…


Ukrayna Ali Məhkəməsi prezident Viktor Yuşşenkonun zəhərlənməsi işinin təhqiqatına yardım haqda sorğusuna Moskvanın cavabını alıb.

Moskva bildirir ki, öz dioksin nümunələrini təqdim etməyə hazırdır, amma ekspertizanın Rusiya ərazisində aparılmasında israr edir.


Ukrayna Ali Məhkəməsində bunun mümkünlüyünü istisna edirlər. «Bu, uydurma deyil. Bu, bizim qanunvericiliyin tələbidir», - deyə prokurorluğun nümayəndəsi Yuri Boyko bildirib: «Yalnız bizim aparatlarla, bizim mütəxəssislər tərəfindən Ukrayna ərazisində aparılan tədqiqatlar etibarlı sayıla bilər».


Bu yaxınlarda Viktor Yuşşenko Moskvanı təhqiqatı yubatmaqda təqsirləndirib. Rusiya iş üzrə üç şübhəlini Kiyevə vermir və hələ də dioksin nümunələrini təqdim etməyib. İstintaqın məlumatına əsasən, bu tərkibdə olan preparat yalnız üç ölkədə istehsal oluna bilərdi. Böyük Britaniya və ABŞ artıq onlarda olan nümunələri təqdim ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG