Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:39

İki tikinti şirkətinin işi dayandırıldı


16 şirkətdə isə aşkar olunan çatışmazlıqları aradan qaldırmaq üçün göstərişlər verilib

16 şirkətdə isə aşkar olunan çatışmazlıqları aradan qaldırmaq üçün göstərişlər verilib

«Star-M» və «Yüksəl» MMC tikinti şirkətlərinin bəzi sahələr üzrə işi dayandırılıb. Bu qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Bakıda fəaliyyət göstərən 18 tikinti şirkətində apardığı yoxlamalardan sonra verib. Dövlət Əmək Müfəttişliyindən «Azadlıq» radiosuna verilən xəbərə görə, qalan 16 şirkətdə isə yoxlamalar zamanı aşkar olunan çatışmazlıqları aradan qaldırmaq üçün göstərişlər verilib.


Dövlət Əmək Müfəttişliyinin 21 şirkətdə yoxlamaları isə davam edir. Müfəttişlikdən bildirirlər ki, yoxlamalar ümumilikdə 92 tikinti şirkətində aparılacaq. Bu zaman əsasən şirkətlərdə əmək müqavilələrinin bağlanması, müqavilələrdə əmək haqlarının düzgün göstərilməsi, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi, əmək miqrantlarının işinin leqallaşdırılması yoxlanacaq.


Avqustun 28-də Bakının Yasamal rayonunda çoxmərtəbəli bina uçduqdan sonra hökumət bütün tikinti şirkətlərində yoxlama aparılması haqda qərar qəbul edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG