Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:42

Məhbusların aclıq aksiyası davam edir


Məhbuslar cəzalarının 15 ilədək azaldılmasını tələb edirlər

Məhbuslar cəzalarının 15 ilədək azaldılmasını tələb edirlər

Qobustan təcridxanasında saxlanan ömürlük həbs cəzasına məhkum edilmiş məhbusların aclıq aksiyası davam edir. Ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümət Rzaxanovanın «Azadlıq» radiosuna verdiyi xəbərə görə, təcridxanada 20 məhbus aclıq aksiyasını davam etdirir.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən «Azadlıq» radiosuna aksiyaya 5 məhbusun başladığı, sonradan onlardan birinin aksiyanı dayandırdığı xəbər verilib. Onların hamısı güllələnməyə məhkum edilmiş məhbuslardır. Qanunvericiliyə edilən uyğun dəyişiklikdən sonra onların cəzaları ömürük həbslə əvəz edilib.


Nazirlikdən bildirilib ki, məhbuslar cəzalarının 15 ilədək azaldılmasını tələb edirlər.


Azərbaycan qanunvericiliyinə görə, ömürlük həbsə məhkum edilmiş şəxs cəzasının 25 ilini çəkəndən sonra prezidentə bağışlanması üçün müraciət edə bilər. Məhbusların Azərbaycan Ali Məhkəməsinə, Avropa İnsan Haqları Məhkəməsinə cəzalarının azaldılması ilə bağlı göndərdikləri müraciətlər təmin edilməyib.


Avropa İnsan Haqları Məhkəməsi məhbusların cəzalarının yüngülləşdirildiyini qərara alaraq müraciətləri icraata götürməyib.


Ədliyyə Nazirliyindən bildirilir ki, əgər məhbuslar aclığı həyatları üçün təhlükəli həddə qədər davam etdirsələr, onlar məcburi qidalandırılacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG