Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

Sentyabrın 20-dən borclu abunəçilərin işığı kəsiləcək


Abunəçilər borclarını ödəyən andan enerji verilişi bərpa olunacaq
Abunəçilər borclarını ödəyən andan enerji verilişi bərpa olunacaq

Sentyabrın 20-dən «Bakıelektrikşəbəkə» ASC Bakıda borclu abunəçilərin işığını kəsəcək. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin başçısı Tanrıverdi Mustafayev «Azadlıq» radiosuna bildirib ki, bəzi yerlərdə yığım faizinin son dərəcə aşağı olması onları belə bir addım atmağa məcbur edib.


«Bakının Kürdəxanı, Maştağa, Ramanı, Qala, Türkan, Xaştaxuna, Binə kəndlərində abunəçilərin yalnız 4 faizi enerji haqqını ödəyir. Qarşıdan enerjiyə tələbatın artdığı qış mövsümü gəlir. Əhalini fasiləsiz enerji ilə təmin etmək üçün hələ bir sıra yerlərdə təmir işlərinə ehtiyac var. Belə aşağı yığım faizi «Bakıelektrikşəbəkə»nin işlərini yüksək səviyyədə qurmasına imkan vermir. Bu səbəbdən sentyabrın 20-dən borclu abonentlərin işığı qeyd-şərtsiz kəsiləcək».


Tanrıverdi Mustafayev abunəçilər borclarını ödəyən andan enerji verilişinin bərpa olunacağını bildirir.


Bakı və Bakıətrafı kəndləri elektrik enerjisi ilə təmin edən «Bakıelektrikşəbəkə» ASC 2006-cı ildə yaradılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG