Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Arktika dünya ölkələrinin marağında


Arktikarnın mənası qədim yunanlardan gəlir - Böyük Ayı deməkdir

Arktikarnın mənası qədim yunanlardan gəlir - Böyük Ayı deməkdir

Vaxtilə ağ ayıların, buzların vətəni sayılan Arktika indi dünya ölkələrinin marağına çevrilir.


Atlantik okeanını Sakit Okeandan ayıran Şimal-Qərb boğazı uzun illər buzlu olub. Buna görə də bura həmişə dəniz səyyahları üçün keçilməz sayılıb. Ancaq son 10 ildə hər il orta hesabla bu ərazinin 100 kv. km. hissəsinin buzu açılıb.


Nəticə budur ki, indi Avropadan Asiyaya birbaşa dəniz yolunu təmin edən bu boğaz buzlardan tam azaddır. Peykdən çəkilmiş şəkillərdən görünür ki, adətən il boyu buzla örtülü olan Şimal Qərb boğazı tamamilə əriyib.


Mütəxəssislər deyir ki, bu yenilik Beynəlxalq Nəqliyyat üçün çox faydalı ola bilər. Hərçənd bu Arktika üzərində iri dövlətlərin maraqlarını toqquşdurub.


Kanada bildirib ki, o, bu boğazın ərazisindən keçən hissəsi üzərində tam suverenliyə malikdir. Buna görə də oradan gediş-gəlişə qadağa qoya bilər. Kanadanın bu açıqlaması ABŞ və Avropa Birliyini narahat edir.


Avqustun əvvəllərində Rusiya səyyahları Şimal qütbü yaxınlığına Rusiyanın bayrağını sancmaqla ölkələrinin bu əraziyə iddialarını göstərmişdilər. O vaxt Kanada bu hərəkəti tənqid etmişdi.


Arktikanın neft, geniş meşə sahələri və balıqçılıq ehtiyatı kimi zəngin potensiala malikdir. Birləşmiş Ştatların geoloji müşahidə xidmətinin hesablamalarına görə dünyada qalan karbohidrogen ehtiyatlarının 25 faizi burdadır. Elə Rusiyanın Berinq dənizindəki Ştokman yatağındakı qaz 1 il ərzində bütün dünyanı qazla təmin eləməyə bəs edər.


Arktika 3,4 milyon kvadrat kilometrlik quru və su ərazisini əhatə edir. Arktikarnın mənası qədim yunanlardan gəlir - Böyük Ayı deməkdir. Vaxtilə daha çox ağ ayıların, buzların məkanı kimi tanınan Arktika indi dünya ölkələrinin marağına çevrilir.


XS
SM
MD
LG