Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

«Danışıqların formatının dəyişdirilməsindən söhbət gedə bilməz»


Bernar Fasye: «Azərbaycanın mövqeyində konstruktiv irəliləyiş var»

Bernar Fasye: «Azərbaycanın mövqeyində konstruktiv irəliləyiş var»

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzə deyir ki, onlar Bakıda kifayət qədər səmərəli danışıqlar keçiriblər. İki dəfə Xarici İşlər naziri Elmar Məmmədyarovla və prezidentlə görüşüblər: «Çox ciddi müzakirələr oldu».

Onun sözlərinə görə, münaqişə tərəfləri çox ciddi yanaşmalar nümayiş etdirir, bir neçə məsələ var ki, onlar üzərində razılaşma əldə etməyə ehtiyac var. Brayzə vurğulayıb ki, indi ola bilsin ki, tərəflərin bir-birinə sıx yaxınlaşdırılmasının vaxtıdır.


Ermənistan və Azərbaycan icmalarının görüşünə gəlincə isə, həmsədrlər deyirlər ki, onlar arasında təmaslar inkişaf etdirilməlidir. Rusiyalı həmsədr Yuri Merzlaykov bildirir ki, indi ancaq baza razılaşmaları müzakirə olunur: «Bundan sonra erməni və azərbaycanlı icmaları arasında danışıqların aparılması nəzərdə tutulur».


Mətyu Brayza isə bildirir ki, hər dəfə həmsədrlər özləri ilə təkliflər gətirirlər: «Böyük ideyalar artıq təklif olunub. İndiki təkliflər sadəcə böyük təkliflərə reaksiya ilə tanış olmaqdır, fikir ayrılıqlarını uyğunlaşdıra bilməkdir».


Fransalı həmsədr Bernar Fasye bildirir ki, 2005-ci ilin mayından 2007-ci ilin iyununa kimi prezidentlər altı dəfə görüşüblər. Onun sözlərinə görə, Azərbaycanın mövqeyində konstruktiv irəliləyiş var: «Müəyyən proqres əldə olunub. İndi hər iki ölkə prezidentinin mövqeyi bir-birinə çox yaxındır».


Fasyenin fikrincə, danışıqların formatının dəyişdirilməsindən söhbət gedə bilməz: «Bu, ATƏT-in mandatına ziddir». O, jurnalistləri bəzən dəqiqləşdirilməmiş informasiyalar verməkdə də günahlandırıb.


Bəzi yerli media vasitələri fransalı həmsədrin münaqişəsinin tənzimlənməsində format dəyişikliyinin olmasına dair fikirlər söylədiyini yazıb.


Bernar Fasye «niyə bu vaxta qədər münaqişə həll olunmayıb» sualını cavablandırarkən deyib ki, bu, çox çətin münaqişədir: «Asan olsaydı 2-3 il qabaq həll olunardı».


İki ölkə prezidentlərinin növbəti görüşünə gəlincə isə, həmsədrlər bildirirlər ki hələ ki, görüşün konkret vaxtı məlum deyil. Çünki təkliflər müzakirə olunur. Prezidentlərin görüşü üçün baza yaranandan sonra onlar görüşəcəklər.


ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlər Bakıdan əvvəl Qarabağda və Ermənistanda olublar.


Günün bütün mövzuları

XS
SM
MD
LG