Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Minlərlə uşaq məktəbə gedə bilməyib


Kənd rayonlarında «Uşaqlarımızı məktəbə yollayaq» kampaniyası keçirilir

Kənd rayonlarında «Uşaqlarımızı məktəbə yollayaq» kampaniyası keçirilir

Türkiyədə tədris ilinin başlanması ilə minlərlə uşaq məktəbə gedə bilməyib.

«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, maliyyə sıxıntısı və müəllim çatışmazlığı ucbatından Mərkəzi Anadoluda yüzlərlə məktəb bağlanıb. Müəllimlər ucqar yerlərə işləməyə getmək istəmirlər.

Tədris ilinin başlanmasına baxmayaraq, bəzi kənd məktəbləri həm də valideynlərin təqsiri üzündən boş qalıb. Onlar təsərrüfatda kömək üçün uşaqları evdə saxlayırlar.


Təhsil Nazirliyinin nümayəndəsi bunları deyib:


«Kənd rayonlarında «Uşaqlarımızı məktəbə yollayaq» kampaniyası keçirilir. Təhsil Nazirliyinin nümayəndələri ev-ev gəzib, uşaqlarını məktəbə buraxmayan valideynləri dilə tuturlar».


Yerli kütləvi informasiya vasitələri şəhər məktəblərinin normadan artıq şagird qəbul etdiyini də bildirirlər. Belə ki, hər sinifdə 50-60 şagird təhsil alır.


Günün bütün mövzuları

XS
SM
MD
LG