Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:58

Sərdar Cəlaloğlunun iddiası təmin edilib


Cəlaloğlu 2003-cü ildə işgəncələrə məruz qalmasından şikayətlənir
Cəlaloğlu 2003-cü ildə işgəncələrə məruz qalmasından şikayətlənir

Ali Məhkəmənin Plenumu Nəsimi və Apellyasiya məhkəmələrinin 2004-cü ildə Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlunun iddialarına əsasən çıxartdıqları qərarların ləğv edilməsi barədə qərar qəbul edib.


Demokrat Partiyasının lideri 2003-cü ilin oktyabrında həbs edildikdən sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasından şikayət etmişdir. Lakin Nəsimi və Apellyasiya məhkəmələri iddiaları rədd etmişdilər. Bundan sonra, Cəlaloğlu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət etmiş və işi udmuşdur.


Ali Məhkəmənin Plenumunun sentyabrın 18-dəki iclasında Sərdar Cəlaloğlu və onun vəkili Fuad Ağayev Nəsimi və Apellyasiya məhkəmələrinin qərarlarının ləğv edilməsini və bu qərarların qəbulunda günahkar olanların cəzalandırılmasını tələb ediblər. Müşavirədən sonra Plenum Nəsimi və Apellyasiya məhkəmələrinin qeyd edilən qərarlarının ləğvi barədə qərar qəbul edib və Cəlaloğluna qarşı işgəncə faktlarının araşdırılması üçün işi Nəsimi Rayon Məhkəməsinə göndərib.


Vəkil Fuad Ağayev «Turan»a bildirib ki, prosedura uyğun olaraq Nəsimi Rayon Məhkəməsi işin araşdırılması üçün prokurorluğa göndərilməsi haqqında qərar çıxarmalıdır. «Bu, Azərbaycanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının yerli məhkəmələrin qərarının ləğvinə səbəb olduğu ilk haldır», - deyə Fuad Ağayev vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, prokurorluq işgəncə faktlarını obyektiv təhqiq edəcək və bunda günahı olanlar cəzalandırılacaqlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG