Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:20

«Azadlıq» bloku təkliflər paketini açıqladı


Əli Kərimli deyir ki, fəaliyyət planının icrası üçün detallı sənədə ehtiyac var

Əli Kərimli deyir ki, fəaliyyət planının icrası üçün detallı sənədə ehtiyac var

«Azadlıq» bloku Avropa Birliyinin Azərbaycanla Yeni Qonşuluq Siyasəti çərçivəsində imzaladığı fəaliyyət planının icrası üçün təkliflər paketi hazırlayıb. Blokun həmtəsisçisi AXCP sədri Əli Kərimlinin sözlərinə görə, ötən bir ildə siyasi düşərgə fəaliyyət planına yetərincə diqqət göstərməyib.


Əli Kərimli deyir ki, Azərbaycanda insan haqları, seçki və mətbuat azadlıqları sahəsində vəziyyət acınacaqlı olduğundan fəaliyyət planının icrası üçün detallı sənədə ehtiyac var.


AXCP sədrinin müavini Fuad Mustafayev deyir ki, onlar əsas diqqəti seçki sisteminin təkmilləşdirilməsi, əsas insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətinə yönəldiblər.


«Azadlıq» bloku Seçki Məcəlləsinə dəyişikliklər layihəsinin hazırlanması üçün Avropa Şurası, ATƏT, iqtidar və müxalifət nümayəndələrindən ibarət işçi qrupu yaradılmasını, səslərin paralel hesablama sistemi formalaşdırılmasını, prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını və s. təklif edir.


Gələn həftə Avropa Komissiyasının üzvləri fəaliyyət planı çərçivəsində görülən işlərin monitorinqini aparmaq üçün Azərbaycana səfərə gələcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG