Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

Qəbələ RLS kimə lazımdır?..


Sentyabrın 18-də ekspertlərin Qəbələ RLS-ə səfəri başlayıb

Sentyabrın 18-də ekspertlərin Qəbələ RLS-ə səfəri başlayıb

«Böyük Səkkizliyin» dövlət başçılarının görüşündə Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Corc Buşa Qəbələ RLS-dən birgə istifadə təklifindən indiyədək bu barədə müzakirələr səngimək bilmir. Özü də təkcə bu işdə bir başa iştirakçı dövlətlərin rəsmiləri deyil, bir sıra beynəlxalq ekspertlər də dünyanın iki nəhəng güc mərkəzinin məhz hərbi əməkdaşlıq baxımından Azərbaycanda bir araya gəlməsi barədə müxtəlif mülahizələr yürüdürlər. Bu mülahizələrin mərkəzində dayanan əsas məsələ isə Qəbələ RLS-in birgə istifadəsinin ABŞ-a və Rusiyaya ayrı ayrılıqda nə verəcəyi məsələdir. Azərbaycanlı mütəxəssisləri isə əlbəttə ki, bu məsələdən Azərbaycanın daha çox udacağı və ya uduzacağı düşündürür.


Ümumən götürəndə hərbi və siyasi ekspertlərin fikri belədir ki, bu anlaşmadan Azərbaycan uda bilər. Ancaq necə? Bu məsələdə fikrilər fərqlənir.


Hərbçilər fikirləşir ki, bütün hallarda bu qazancdır. Ehtiyatda olan zabitlər birliyinin rəhbəri Yaşar Cəfərov deyir ki, əgər söhbət Qəbələ RLS-də böyük və güclü dövlətlərin əməkdaşlığından gedirsə bundan Azərbaycan heç cür uduza bilməz. Yalnız qazana bilər.


«Burada Azərbaycan hərbi, iqtisadi və siyasi cəhətdən udur. Belə ki, məsələnin iqtisadi tərəfi RLS-in icarəyə verilməsidir, siyasi qazanc isə odur ki, bu əməkdaşlığa görə hər iki dövlət Azərbaycanda siyasi sabitliyin olmasını istəyəcək. O ki qaldı hərbi mənfəətə, bu iki dövlət eyni zamanda Azərbaycana silah-sursat, texnika, avadanlıq, hərbi təhsil məsələsində, kadrların hazırlanmasında müvafiq yardım edəcək».


Siyasi ekspertlər də bu qazancın labüd olduğunu bildirirlər. Ancaq hərbçilərdən fərqli olaraq siyasilər hesab edirlər ki, bu uğur bütün hallarda yox, Azərbaycanın düzgün mövqe tutacağı təqdirdə mümkündür.


Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri, politoloq Araz Əlizadə deyir ki, qaydaya görə hər hansı sövdələşmə olduqda şərtlər irəli sürülür. Deməli Azərbaycan da öz şərtlərini qoymalıdır.


«Azərbaycan bununla əlaqədar Rusiyanın Ermənistana yardımı məsələsini və Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılması məsələsini ortaya qoymalıdır. ABŞ-la danışıqlarda isə texniki yardım ortaya qoyulmalıdır. O zaman Azərbaycan bundan udar. Digər tərəfdən RLS-dən birgə istifadə üçün onun təkmilləşdirilməsi işi aparılacaq. Və biz daha müasir RLS-ə malik olacağıq».


Araz Əlizadənin fikrincə hələ ki, bu məsələdən ziyan görünmür. Ancaq yaranmış şəraitdən istifadə olunmasa, onda Azərbaycan uduzacaq.


Mütəxəssislər o qənaətə gəliblər ki, əgər anlaşma baş tutsa, Tehran buna normal yanaşacaq. Çünki, onun heç kimə-xüsusən də Birləşmiş Ştatlara və Rusiyaya hücum etmək fikri yoxdur. Ona görə də Azərbaycana İrandan zərər gəlməsi inandırıcı deyil.


Ancaq İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare Qəbələ RLS-lə bağlı ABŞ və Rusiyanın mümkün müştərək planını hədə adlandırıb. O, sentyabrın 4-də jurnalistlərə açıqlamasında deyib ki, bu plan gerçəkləşərsə, ilk növbədə Azərbaycanın suverenliyi və sərbəstliyi təhlükə altına düşər.


XS
SM
MD
LG