Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:00

Hərbi xidmətə çağırış qaydaları dəyişdirilə bilər


«Hərbi xidmətə çağırış haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb

«Hərbi xidmətə çağırış haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb

«Hərbi xidmətə çağırış haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb. Bu barədə «Ekspress» məlumat verir.


YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, layihənin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulur.


Qəzet «Trend»ə istinadən yazır: «Hərbi xidmətə çağırış haqqında» qanun 1992-ci ildə qəbul edilib. Qanuna sonuncu dəyişiklik bu il Milli Məclisin yaz sessiyasında qəbul edilib. Sonuncu dəyişiklik və əlavəyə görə, himayəsində ikinci qrup əlil, iki övladı olanlar hərbi xidmətə çağırılırlar. Digər tərəfdən, ali məktəbin bakalavr pilləsini bitirəndən sonra magistr pilləsinə qəbulla bağlı tələbələr möhlət hüququndan məhrum olunublar.


Novruzov bildirib ki, layihədə Azərbaycan ordusunun NATO standartlarına keçidi, himayəsində iki övladı olanların həqiqi hərbi xidmətdən azad edilməsi və digər məsələlər əksini tapıb.


«525» : «Tanınmış pəhləvanımız Fərid Mansurovun dünya çempionu olmasının ardından Azərbaycan Güləş Federasiyasının fəxri prezidenti Abbas Abbasov əməkdaşımızla fikirlərini bölüşüb. A.Abbasov deyib: «Bu gün Azərbaycan xalqının bayramıdır. Çünki ölkəmizin pəhləvanı dünya çempionu oldu. Özümü xoşbəxt hiss edirəm və sevincimin həddi-hüdudu yoxdur». Keçmiş federasiya prezidenti əvvəlcədən Fərid Mansurovdan çempionluq gözlədiyini bildirib: «Ondan qələbədən başqa heç nə gözləmək mümkün deyildi. Ona görə ki, o, əsl qəhrəmandır. Çempionluq Fərid Mansurova yaraşır. O, peşəkar idmançı olmaqla yanaşı, həm də ağıllı, zəkalı, təvazökar və tərbiyəli oğlandır».


«Dünya Ticarət Təşkilatına üzvlük Azərbaycan iqtisadiyyatına nə vəd edir?»- İqtisadçı ekspert Vüqar Bayramovun «Yeni Müsavat»«525»də dərc olunan məqaləsi belə adlanır.


Müəllif yazır: «Rəsmi Bakı 2009-cu ilin ortalarında Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olacağı ilə bağlı açıqlama yayıb. Beləliklə, Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı ilk dəfədir ki, konkret vaxt göstərildi. Əslində, Azərbaycanın DTT-yə üzvlük məsələsi aktuallaşdıqca bu təşkilata qoşulmağın xeyirləri və ziyanları müxtəlif səviyyələrdə müzakirə edilir».


Ekspert daha sonra bildirir ki, «üzvlüklə bağlı Azərbaycan hökumətinin apardığı müzakirələrin təhlili ölkəmizin bu prosesə sanki könüllü qoşulmaması qənaətinə gəlməyə əsas verir. DTT-yə üzvlük məsələsinin müzakirəsinə Azərbaycan MDB-də hamıdan tez başlasa da, danışıqlar uzun müddət daşa dirəndi».


Günün bütün mövzuları

XS
SM
MD
LG