Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya səfəri başlayır


Həmsədrlər münaqişə tərəflərini ictimaiyyətləri kompromislərə hazırlamağa çağırırlar

Həmsədrlər münaqişə tərəflərini ictimaiyyətləri kompromislərə hazırlamağa çağırırlar

Sentyabrın 18-də ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya gəlirlər. Həmsədrlər-Amerikadan olan Metyu Brayza, fransalı Bernard Fasye və rusiyalı Yuri Merzlyakov xarici işlər naziri Elmar Məmmədyarovla və onun müavini Araz Əzimovla görüşəcəklər. Onların Dağlıq Qarabağın azərbaycanlı icmasıyla da görüşü gözlənilir. Bu haqda məlumat verən XİN rəsmisi Xəzər İbrahim deyir ki, həmsədrlərin budəfəki görüşü Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqları irəli çəkmək məqsədi daşıyır.


«Bu görüşdən sonra erməni tərəfinin mövqeyində konstruktiv dəyişikliklərin olub-olmadığı və irəliyə doğru addım atmağın mümkünlüyü məlum olacaq». Xəzər İbrahim deyir ki, bundan sonra prezidentlərin və xarici işlər nazirlərinin görüşü məsələsi dəqiqləşəcək.


XİN rəsmisi onu da dedi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Bakı Dağlıq Qarabağın erməni əhalisiylə də danışıqlar apara bilər.


ATƏT-in Minsk qrupu həmsədrləri regiona hər səfərlərini uğurlu, irəliyə atılan addım saysalar da, Azərbaycanda istər rəsmilər, istərsə də ekspertlər o qədər də nikbin görünmürlər.


Regiona sonuncu səfərlərində ATƏT-in Minsk qrupu həmsədrləri münaqişə tərəflərini danışıqlarda əldə olunmuş nəticələri qoruyub öz dövlətlərinin ictimaiyyətlərini kompromislərə hazırlamağa çağırırdılar. Onlar həm də inamın və anlaşmanın səviyyəsinin artırılması üçün tərəfləri etimad yaradan tədbirlərin axtarışına, atəşkəs rejimini qorumağa çağırıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG