Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

Prezident tikintidə nöqsanlara görə cinayət məsuliyyətini sərtləşdirməyi təklif edir


Prezident İlham Əliyev parlament qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edib

Prezident İlham Əliyev parlament qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edib

Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında «Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında» Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, tikinti işlərində təhlükəsizlik qaydalarının pozulmasına və özbaşına tikinti işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutan mövcud maddələrin məzmununda dəyişikliklər edilir, maddələrin sanksiyaları gücləndirilir.


Təkliflərə əsasən, bu əməllər insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, nəticəsindən asılı olmayaraq, məsuliyyətə səbəb olur.


Məcəlləyə bir sıra maddələrin əlavə edilməsi də təklif olunur. Bu maddələr müəyyən edilmiş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarını qərəzli olaraq icra etməməyə, vəzifəli şəxslər tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına qanunsuz icazələrin verilməsinə, habelə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin vəzifəli şəxslər tərəfindən qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutur.


Eyni zamanda, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların sökülməsi qaydasının müəyyən edilməsi məqsədi ilə Mülki Məcəlləyə müvafiq dəyişikliklər olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG