Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:02

Çempionata hazırlıq işləri heç də beynəlxalq səviyyəyə uyğun gəlmir


Yarışma zalında gün boyu həyəcan davam etdi

Yarışma zalında gün boyu həyəcan davam etdi

Sentyabrın 17-də Bakıda güləş üzrə lisenziya xarakterli dünya çempionatı başladı. Yarışmanın elə ilk günündən bəlli oldu ki, hazırlıq işləri heç də beynəlxalq səviyyəyə uyğun gəlmir.

Çempionat keçirilən Heydər Əliyev adına İdman-Konsert Kompleksini mühasirəyə almış Daxili Qoşun qüvvələri, gücləndirilmiş iş rejimində işləyən Bakı polisi əməkdaşlarının yarışları izləməyə gəlmiş vətəndaşlara aramsız basqısı bəzilərini lap təbdən çıxarırdı. Bilet alsalar da, yarışma zalına keçə bilməyən azarkeşlərlə mühafizə xidməti əməkdaşları arasında baş verən toqquşmalar tatami üzərindəki yarışmaları az qala kölgədə qoymuşdu.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis əvəzi Yaşar Əliyev «Azadlıq» radiosuna müsahibəsində dedi ki, ərazi bütünlüklə nəzarət altındadır və qanundan kənar hər hansı insident baş verməyib.


Yarışlara 103 ölkənin 850-dən artıq idmançısı qatılıb. Bu sırada Ermənistan güləşçiləri də var. Azarkeşlər bildirirlər ki, gücləndirilmiş mühafizə tədbirləri elə erməni güləşçilərinin Bakıya gəlməsilə bağlıdır.


Sentyabrın 17-də artıq onlardan biri Roman Amoyan Azərbaycan güləşçisi Rövşən Bayramova məğlub oldu. Ancaq bu, Ermənistan güləşçilərinin çempionatdakı tək məğlubiyyəti olmadı. Erməni əsilli Ukrayna güləşçisi Suren Gevorkyan Ermənistanın yarışlara qatılan daha bir idmançısı Xosrov Məlikyanı məğlub etdi.


Azarkeşlərin çoxu erməni güləşçilərin Bakıya gəlişinə elə də böyük önəm verməyin tərəfdarı deyillər. Onların fikrincə, Azərbaycan idmançısının Ermənistan güləşçisini məğlub etməsinə sadəcə, sıradan bir idman olayı kimi baxılmalıdır. Buna iki qonşu dövlət arasında gedən münaqişə yönündən yanaşıb durumu dramatikləşdirməyə, Azərbaycan idmançılarını psixoloji basqıda saxlamağa heç bir ehtiyac yoxdur.


Yarışma zalında isə gün boyu həyəcan davam etdi. Olimpiya çempionu Fərid Mansurovun ağır çəki dərəcəsində venesuelalı rəqibinə qalib gələrək yarımfinala və daha sonra finala çıxması zalda çox böyük coşqu yaratdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG