Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:08

«Belə münasibət Azərbaycanın dini tolerantlığına kölgə salacaq»


Dini İşlər üzrə Dövlət Komitəsi hesabatla bağlı mövqeyini yaxın günlərdə açıqlayacaq
Dini İşlər üzrə Dövlət Komitəsi hesabatla bağlı mövqeyini yaxın günlərdə açıqlayacaq

ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqqında illik hesabatında deyilir ki, Azərbaycanda hökumət dini qrupların fəaliyyətini nəzarətdə saxlayır, qeyri-ənənəvi dini qrupların qeydiyyat problemi var. Sənəddə o da vurğulanır ki, cəmiyyətdə qeyri-ənənəvi dinləri qəbul edən müsəlmanlara qarşı düşmənçilik münasibətləri sezilir, bəzi məmurlar isə «vəhhabi» sözündən sui-istifadə edərək dindar müsəlmanların fəaliyyətinə müdaxilə etməyə çalışırlar.


Dini İşlər üzrə Dövlət Komitəsi hələlik hesabata rəsmi mövqeyini açıqlamasa da, qurumun sədr müavini Elçin Əsgərov göstərilən iradlarla razılaşmır. O, deyir ki, Azərbaycanda heç kim dini əqidəsinə görə sıxışdırılmır, hətta Komitədə qeydiyyatı olmayan dini qruplar belə öz evlərində ibadətdə sərbəstdirlər: «Əgər təbliğat apararsa, bu zaman qarşısı alınır».


Dinşünas alim Altay Göyüşov isə sənəddə qeydiyyatla bağlı göstərilən məqamla razılaşmır, deyir ki, get-gedə bu problem öz həllini tapır. Ancaq o, hesab edir ki, sözügedən hesabatda hakimiyyətin dini qruplara nəzarətiylə bağlı açıqlananlar reallığı əks etdirir: «Əgər hər hansı dini icmayla bağlı problem yaranırsa, hakimiyyət əməliyyat tədbirlərinə üstünlük verir».


Göyüşovu narahat edən əsas məqamlardan biri də cəmiyyətdə digər dini qəbul edənlərə qarşı yönəlmiş düşmənçilik hissləridi ki, elə bu da hesabatda öz əksini tapıb. Onun fikrincə, cəmiyyətdə belə münasibətin oturuşması Azərbaycanın indiyədək başqa ölkələrə nümunə göstərilən dini tolerantlığına kölgə salacaq.


Dini İşlər üzrə Dövlət Komitəsi hesabatla bağlı mövqeyini yaxın günlərdə açıqlayacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG