Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:21

Devid Bekhem Bakıya gələ bilər


YUNİSEF-in xoşməramlı səfiri kimi Devid Bekhemin də Bakıya gələcəyi ümid edilir

YUNİSEF-in xoşməramlı səfiri kimi Devid Bekhemin də Bakıya gələcəyi ümid edilir

AFFA və YUNİSEF ustad dərsləri keçmək üçün Avropa futbol klublarının aparıcı oyunçularını Bakıya dəvət etməyi planlaşdır. Bu barədə «CISsoccer» məlumat yayıb. Bu təklifi YUNİSEF rəsmisi Hanoy Singer Azərbaycana səfəri zamanı AFFA ilə əməkdaşlıq memorandumunun imzalanması zamanı səsləndirib.


Singer həmçinin bildirib ki, Azərbaycana «Barselona» və «Mançestr Yunayted» kimi klubların ulduzları da dəvət olunacaq. Singer YUNİSEF-in xoşməramlı səfiri kimi Devid Bekhemin də Bakıya gələcəyinə ümid etdiyini deyib.


AFFA-nın Baş katibi Elxan Məmmədov isə dəvət olunacaq futbolçuların adlarını açıqlamağın hələ tez olduğunu deyib. «Hazırda biz onlarla danışıqlar aparırıq. Ancaq əminliklə deyə bilərəm ki, məşhur futbolçular Bakıya gələcəklər»,- deyə Məmmədov bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG