Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

Sentyabrın 18-də üç ölkə ekspertləri Qəbələ RLS-ə səfər edəcək


«Rusiya RLS-dəki dəyişikliklər haqqında Azərbaycan tərəfinə məlumat verir»

«Rusiya RLS-dəki dəyişikliklər haqqında Azərbaycan tərəfinə məlumat verir»

Sentyabrın 18-də ABŞ, Rusiya və Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti Qəbələ RLS-ə səfər edəcək. Mütəxəssislər Qəbələ RLS-lə tanış olacaq.


Azərbaycan tərəfini dörd dövlət qurumu-Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik nazirlikləri və Milli Elmlər Akademiyasının əməkdaşları təmsil edirlər.


Rusiya və Birləşmiş Ştatları isə hər iki dövlətin xarici işlər və müdafiə nazirlikləri təmsil edəcək. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyir ki, bu səfərin yekununda siyasi qərar qəbul edilməyəcək. «Hal-hazırda söhbət hansısa bir siyasi qərardan getmir, hazırda söhbət texniki sahədə ixtisaslaşan mütəxəssislərin görüşündən gedir. Onların görüşünün nəticəsindən asılı olaraq növbəti addımlar atıla bilər».


Xəzər İbrahim deyir ki, Rusiya Qəbələ RLS-dəki fəaliyyət və dəyişikliklər haqqında Azərbaycan tərəfinə məlumat verir. «Azərbaycan beynəlxalq və regional təhlükəsizliyə töhfə verəcək hər hansı bir razılaşmanın lehinədir».


«Böyük Səkkizliyin» dövlət başçılarının görüşündə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarına Qəbələ RLS-dən birgə istifadəni təklif edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG