Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

Azərbaycan güləşçiləri çempionata qələbə ilə başladı


Çempionata 103 ölkədən 800-dən artıq idmançı qatılıb

Çempionata 103 ölkədən 800-dən artıq idmançı qatılıb

Bu gün Bakıda keçirilən güləş üzrə dünya çempionatı çərçivəsində Azərbaycan güləşçisi Rövşən Bayramov 55 kiloqram çəki dərəcəsində Ermənistan idmançısı Aykom Amoyan üzərində qələbə qazanıb.


Güləş Federasiyasından verilən məlumata görə çempionata 103 ölkədən 800-dən artıq idmançı qatılıb. Bakıda keçirilən dünya çempionatında ilk dəfə olaraq Ermənistan komandası da iştirak edir. 31 nəfərlik Ermənistan nümayəndə heyətinin tərkibində 15 idmançı var. Bu çempionat gələn il Pekində keçiriləcək Olimpiya oyunlarına vəsiqə verəcək.



Günün bütün mövzuları

XS
SM
MD
LG