Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Nərimanovdakı qəbiristanlıqda söküntü işləri dayandırılacaq


Yol çəkilişi ilə bağlı Nərimanov rayonundakı qəbiristanlıqda aparılan söküntü işləri ərazidən bütün sümüklər çıxarılana qədər dayandırılacaq.


Bu barədə ANS TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib.


O, deyib ki, qəbiristanlığın köçürülməsində yaranmış problemlə bağlı prezident İlham Əliyev Litva səfərindən qayıdandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə öz narahatlığını bildirib.


H. Abutalıbov: «Bundan sonra bütün işlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısının nəzarətində olacaq. Dövlət vəsaiti hesabına bütün qəbirlərin köçürülməsinə şərait yaradılacaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG