Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

Jurnalistin qətlinin təşkilatçısı olduğu ehtimal edilən şəxs saxlanıb


Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də qətlə yetirilib

Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də qətlə yetirilib

Rusiya kütləvi informasiya vasitələri jurnalist Anna Politkovskayanın qətlini təşkil etməkdə şübhəli bilinən adamın həbsi barədə xəbər yayıblar.

«Komsomolskaya Pravda» qəzetinin məlumatına əsasən, Çeçenistanın Açxoy-Martan rayonu administrasiyasının keçmiş rəhbəri Şamil Burayev bu qətldə şübhəli şəxs kimi sentyabrın 13-də Moskvada həbs olunub.


Politkovskayanın vaxtilə işlədiyi «Novaya qazeta»da düşünürlər ki, hüquq-mühafizə orqanlarından mediaya məlumat sızıb.


«Novaya qazeta»nın baş redaktoru Sergey Sokolov «Azadlıq» radiosuna deyib ki, mətbuatda bu cür məlumatların peyda olması istintaqa və digər şübhəlilərin axtarışına mane ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG