Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:52

STV-nin tezliyi «Xəzər» TV-yə verildi


STV-nin tezliyi üzrə müsabiqə iyulun 17-də başlamışdı

STV-nin tezliyi üzrə müsabiqə iyulun 17-də başlamışdı

STV kanalının tezliyi üzrə müsabiqənin qalibi «Xəzər» TV oldu. Qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 14-də baş tutan iclasında elan olunub. MTRŞ sədrinin köməkçisi Mehdi Məmmədov: «Daha müasir maddi-texniki bazaya, peşəkar kadr potensialına və bu gün üçün aktual olan yayım konsepsiyasına malik olan «Xəzər» TV MMC müsabiqənin qalibi elan olunub».


Mehdi Məmmədov deyir ki, Rusiyanın RTR Planeta kanalının Azərbaycan ərazisində yayımıyla bağlı müzakirə aparılıb, ancaq bu məsələyə şuranın növbəti iclasında baxılacaq. Səbəb hazırda hökumətlərarası danışıqların hələ də davam etməsidir.


STV kanalının tezliyi üzrə müsabiqə iyulun 17-də başlamışdı. Bir aylıq sənəd qəbulu müddətində üç kanal – «Xəzər»TV, «Antenn» TV və ETV («Elm»TV) tezliyə iddiasını irəli sürmüşdü.


Günün bütün mövzuları

XS
SM
MD
LG