Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:11

Viktor Zubkov Baş nazir vəzifəsinə təsdiq edildi


Viktor Zubkov Rusiyanın Baş naziridir
Viktor Zubkov Rusiyanın Baş naziridir

Dövlət Duması Viktor Zubkovu Baş nazir vəzifəsinə təsdiq edib. Onun namizədliyini 381 deputat müdafiə edib. 47 deputat əleyhinə səs verib, 8 nəfər isə bitərəf qalıb.


Zubkov 1992-ci ildən bəri müasir Rusiyanın tarixində Nazirlər Kabinetinə başçılıq edən doqquzuncu rəhbərdir.


Sentyabrın 12-də Rusiyanın Baş naziri Mixail Fradkov istefa verib.Prezident Vladimir Putin onun yerinə Viktor Zubkovun namizədliyini irəli sürüb.


Viktor Zubkov 1941-ci il sentyabrın 15-də Rusiyanın Sverdlovsk vilayətində doğulub. 1965-ci ildə Leninqrad Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 30 ildən çox Leninqrad vilayətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1999-cu ildə Vladimir Putin Rusiya prezidenti seçiləndə Moskvaya təyinat alıb. 2001-ci ildən Federal Maliyyə Monitorinqi Xidmətinin (Maliyyə Kəşfiyyatı) rəhbəri olub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG