Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

«Sürüşmə zonasında yeni binalar tikilir»


«Azadlıq» qəzeti yazır ki, sürüşmə ərazisində yenə də tikinti aparılır

«Azadlıq» qəzeti yazır ki, sürüşmə ərazisində yenə də tikinti aparılır

«Azadlıq» qəzeti bu barədə məqalə dərc edib. Yazıda bildirilir: «Yadınızdadırsa, bir neçə il bundan öncə Bakı əhalisi bir müddət şok yaşadı. Söhbət Nəriman Nərimanov prospektindəki böyük bir ərazinin sürüşməsindən gedir. Həmin vaxt «İntəpə» MMC şirkətinin ərazidə tikdiyi binanın torpaq sürüşməsinə səbəb olması, ölkənin gündəmini xeyli məşğul etdi». Həmin vaxt hadisə yerinə gələn dövlət rəsmiləri, eləcə də ekspertlər ərazidə tikinti aparmağın təhlükəli olduğunu bildirdilər.


«Azadlıq» yazır ki, sözügedən ərazidə yenə də tikinti aparılır. Hətta yolun sağ hissəsini də «Akkord» şirkətlər qrupu mənimsəyərək, göydələn ucaltmaq fikrindədir.


«Demokratiya bizim üçün öndə gəlir». Bu cür fikirləri Qərb təmsilçilərinin dilindən tez-tez eşidirik. «Sizin üçün neft önəmlidir, yoxsa demokratiya?» sualına qaşlarını çatıb, «neft amili əsas olsa da, demokratiyanı heç vaxt ona qurban vermərik» deyir qərblilər. Azərbaycanın indiki halı ilə bu bəyanatları müqayisə etdikdə adam özünü gülməkdən saxlaya bilmir...»- «Yeni Müsavat»ın köşə yazarı Azər Ayxan «Gələcək uğrunda savaşmasaq…» adlı məqaləsində belə yazır.


Müəllif bildirir ki, Azərbaycanda demokratik hərəkatın qalib gəlməsi üçün bütün şərtlər mövcuddur. Siyasi partiyalar, müstəqil mətbuat, qeyri-hökumət təşkilatları, aktiv etirazçı elektorat və sair institutlar yetərincə formalaşıb. Müxalifət 20 illik fəaliyyəti dövründə böyük təcrübələr qazanıb, bir il hakimiyyətdə təmsil olunub, ekstremal şəraitlərdə kütləni bacarıqla idarə edə bilir. Məqalə qəzetin 9-cu səhifəsində yer alıb.


«Müsavat Partiyası 2008-ci il prezident seçkisi ilə bağlı qeyri-rəsmi mövqeyini açıqlasa da, seçkidə iştiraka dair hələlik rəsmi qərar qəbul etməyib. Yaxın günlərdə isə partiyanın Məclisində bu qərarın veriləcəyi gözlənilir. Amma Müsavat heç bir halda seçkiləri boykot etməyəcək». «525»ə müsahibəsində Müsavatın Məclis sədri Sülhəddin Əkbər belə deyib.


Funksioner bildirir ki, «partiya artıq seçkiyə hazırlıq mərhələsinə qədəm qoyub. Məclisin növbəti toplantısında seçki ilə əlaqədar ilkin qərarlar qəbul olunacaq. Məhz bundan sonra da hazırlıq prosesinə rəsmi start veriləcək. Partiya Divanında Məclisin gündəlik layihəsi qəbul olunub. İndi Məclisin konkret vaxtının müəyyənləşdirmək istəyirik. Hazırda Divanda bununla bağlı müzakirələr gedir».


Günün bütün mövzuları

XS
SM
MD
LG