Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:41

Amerika İraqdan qoşunlarını tədricən çıxaracaq


«İraqdakı qoşunlarımızın uğurla geri dönməsini təmin etməliyik»
«İraqdakı qoşunlarımızın uğurla geri dönməsini təmin etməliyik»

Bu barədə Birləşmiş Ştatların prezidenti Corc Buş məlumat verib. Prezident İraqdakı strategiyası barədə çıxış edərkən belə deyib.


O, bildirib ki, bu ilin axırına kimi 5 700 Amerika əsgəri İraqdan vətənə qayıdacaq.


«İraqdakı qoşunlarımızın uğurla geri dönməsini təmin etməliyik. Biz əmin olmalıyıq ki, ərazidə qalan ordu hissələrimizin düşməni məğlub etməsi üçün qüvvələri olsun».


Corc Buş deyib ki, o, Amerikanın İraqdakı baş komandanın tövsiyəsini qəbul edib. General Devid Petreud gələn ilin iyuluna kimi İraqdakı 20 briqadanın sayını 15-ə qədər azaltmağı məsləhət görüb.


Corc Buş bugünkü çıxışında deyib ki, gərək İran və Suriya İraq hökumətinə mane olmasınlar. Hər iki dövlət indiyə kimi Amerika prezidentinin oxşar bəyanatları ilə razılaşmayıblar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG