Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Qori şəhərində polislə nümayişçilər arasında toqquşmalar olub


Mixail Saakaşvili və Mixail Kareli, 12 fevral 2007
Dünən axşam və sentyabrın 13-ə keçən gecə polislə mitinqçilər arasında toqquşmalar zamanı bir neçə adam yaralanıb.


Yerli əhali bir neçə yüksək rütbəli məmur, o cümlədən, Qori rayon administrasiyasının başçısı David Maxaraşvilinin maliyyə polisi tərəfindən həbsinə kəskin etiraz edib.


Nümayişçilər arasında yerli qubernator, Gürcüstan prezidentinin Şida Kartli regionundakı nümayəndəsi Mixail Kareli də olub.


Kareli və həbs olunan bütün məmurlar Gürcüstanın keçmiş Müdafiə naziri İrakli Okruaşvilinin yaxın tərəfdaşları sayılır. Okruaşvilinin özü də Qoridəndir. O, bu yaxınlarda «Saakaşviliz Gürcüstan» şüarı ilə yeni müxalifət partiyası yaratmağı planlaşdırır.


Hökumət əleyhinə aksiyada iştirakdan sonra Mixail Kareli qubernator vəzifəsindən kənarlaşdırılıb.


Prokurorluq isə deyir ki, həbs olunan məmurlar vəzifə cinayətlərində təqsirləndirilirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG