Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Avropa Parlamenti Qarabağ münaqişəsi ilə bağlı məruzəçi təyin edib


Avropa Parlamentinin deputatı Lidi Polfer, 24 sentyabr 2002

Avropa Parlamentinin deputatı Lidi Polfer, 24 sentyabr 2002

Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məruzəçi təyin edib. Bu Lüksemburqdan olan xanım deputat Lidi Polferdir. O, hazırda Bakıdadır. Sentyabrın 13-də avropalı deputatlar Xarici İşlər Nazirliyində görüş keçirirlər.


Nümayəndə heyətinin rəhbəri Mari Ann İsler Beqən bundan əvvəl Ermənistan xarici işlər naziri Vartan Oskanyanla görüşdüyünü bildirib. O, Ermənistanın münaqişənin həlliylə bağlı müsbət niyyətini görüb: «Başa düşmürəm ki, münaqişənin həlli ilə bağlı niyə irəliləyiş yoxdur, baxmayaraq ki, arzu var…»


Xanım Beqən deyir ki, Dağlıq Qarabağ məsələsi Avropa Parlamentində artıq siyasi xarakter almaqdadır.


Avropa Parlamentinin 2003-2004-cü illərdə Qarabağ münaqişəsi ilə bağlı məruzəçisi Pyer Qartner olub. O, Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması əvəzində Ermənistanla dəmiryol açılmasını təklif edib. Sonradan bu plandan imtina olunub.



Günün bütün mövzuları

XS
SM
MD
LG