Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Xam neftin qiyməti 80 dollara çatıb


Nyu-York birjasında xam neftin qiyməti bir barel üçün 80 dollara çatıb.


Bu, ABŞ-da xam neft ehtiyatlarının ötən həftə proqnozlaşdırılandan daha çox azalması xəbərindən sonra baş verib. Qiymət artımına təsir edən başqa amil «Umberto» tropik qasırğasının yaranmasıdır ki, o, Meksika körfəzində neft platformalarının işinə ziyan vura bilər.


Dünyada neft istehlakının dörddə biri ABŞ-ın payına düşür. Odur ki, Amerika bazarında tələb və təklif balansı böyük ölçüdə dünya neft bazarının konyunkturasını da müəyyənləşdirir.


İndiyə qədər tarixdə ən yüksək qiymət 1981-ci ildəki-İranda inqilabdan sonrakı qiymət sayılır. İndiki qiymətlərlə hesablasaq, onda bir barel neft təxminən 90 dollar idi.


XS
SM
MD
LG