Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:09

İlham Əliyev Litvaya rəsmi səfərə gedib


İlham Əliyev Litvada neft müəssisələrinin və dəniz limanının işilə tanış olacaq

İlham Əliyev Litvada neft müəssisələrinin və dəniz limanının işilə tanış olacaq

Sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin Litvaya ikigünlük rəsmi səfəri başlayır. «Turan» xəbər verir ki, prezident Valdus Adamkusla keçirilən görüş zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri, enerji təhlükəsizliyi problemləri, Baltika-Qara dəniz regionu ölkələrinin əməkdaşlığı çərçivəsində qarşılıqlı əlaqələr müzakirə ediləcək.


Səfərin nəticələrinə dair prezidentlər tərəfindən birgə siyasi bəyanatın, həmçinin vergi, idman, gənclər arasında mübadilə, turizm, informasiya texnologiyaları, humanitar və digər sahələrdə müqavilələrin imzalanması gözlənilir.


Səfər çərçivəsində sentyabrın 13-də Vilnüsda iki ölkə sahibkarlarının iştirakı ilə biznes-forum keçiriləcək.


Bundan əlavə, Azərbaycan prezidenti Klaypeda şəhərinə gedəcək və burada neft müəssisələrinin və dəniz limanının işilə tanış olacaq. Odessa-Brodı marşrutu ilə neftin nəqli həyata keçiriləcəyi təqdirdə, Klaypeda limanı Azərbaycan neftinin boşaldılıb yüklənmə məntəqəsi olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG