Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Azərbaycanın AŞPA qarşısındakı öhdəlikləri müzakirə olunub


Oktyabrın 1-də Starsburqda AŞPA-nın payız sessiyası başlayacaq

Oktyabrın 1-də Starsburqda AŞPA-nın payız sessiyası başlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sentyabrın 12-də Parisdə keçirilən iclasında Azərbaycanın qurum qarşısındakı öhdəlikləri müzakirə olunub.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva ANS TV-yə deyib ki, Azərbaycanla bağlı müzakirələrdə müsbət fikirlərlə yanaşı, tənqidlər səsləndirilib.


Monitorinq Komitəsinin üzvləri bildiriblər ki, Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsi zəruridir. Həmçinin, Azərbaycanda 2008-ci ildə keçiriləcək prezident seçkiləri demokratiyaya doğru daha bir addım olmalı, seçki maksimum həddə Avropa standartlarına uyğunlaşdırılmalıdır.


Müzakirələrdə Azərbaycanda jurnalistlərin təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasından narahatlıq ifadə olunub. Buna görə də «Diffamasiya haqqında qanun»un qəbul olunması zəruri sayılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG