Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

Rusiyanın yeni Baş naziri Viktor Zubkov olacaq


Viktor Zubkov hələlik Maliyyə Monitorinqi üzrə Federal Xidmətin rəhbəridir

Viktor Zubkov hələlik Maliyyə Monitorinqi üzrə Federal Xidmətin rəhbəridir

Rusiya prezidenti Vladimir Putin Maliyyə Monitorinqi üzrə Federal Xidmətin rəhbəri Viktor Zubkovun namizədliyini Rusiya hökumətinin başçısı vəzifəsinə irəli sürüb.

Bu barədə Dövlət Dumasının sədri Boris Qrızlov məlumat verib.


Zubkovun təsdiq olunması məsələsinə sentyabrın 14-də baxılacaq.


Mixail Fradkov başda olmaqla əvvəlki hökumət sentyabrın 12-i səhər istefa verib. Baş nazir qərarını seçkilər ərəfəsində prezidentə «kadr məsələləri də daxil olmaqla, qərarların seçimində tam azadlıq vermək» istəyi ilə əsaslandırıb.



Viktor Alekseyeviç Zubkov 1941-ci il sentyabrın 15-də Sverdlovsk vilayətində anadan olub. 1965-ci ildə Leninqrad Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib.


İqtisad elmləri namizədidir.


2004-cü il martın 16-dan Maliyyə Monitorinqi üzrə Federal Xidmətin sədridir.


Evlidir, bir qızı var.



Günün bütün mövzuları

XS
SM
MD
LG