Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:15

Hüseyn Arabul: «Azərbaycan biznes üçün təhlükəli ölkədir»


Arabul istintaqı və məhkəməni qeyri-obyektivlikdə ittiham edib

Arabul istintaqı və məhkəməni qeyri-obyektivlikdə ittiham edib

Sentyabrın 12-də «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin bir qrup əməkdaşının işi üzrə məhkəmə prosesində şirkətin prezidenti Hüseyn Arabul son sözlə çıxış edib.

«Turan»ın məlumatına görə, o, deyib ki, Azərbaycana gəldiyinə görə peşman deyil: «Bəzi məmurlar istisna olmaqla, azərbaycanlılar yaxşı adamlardır. Mən xarici investor kimi iflasa uğramışam, çünki bura biznes üçün çox təhlükəli ölkədir».

«Barmek» rəhbəri deyib ki, ölkə prezidentini onun fəaliyyəti barədə yanlış məlumatlandırıblar və Arabulun guya ölkəyə yeni avadanlıq gətirməyərək, köhnəsindən istifadə etdiyini bildiriblər: «Bunların hamısı yalandır, mən və mənim dostlarım günahkar deyil».

Arabul istintaqı və məhkəməni qeyri-obyektivlikdə ittiham edib. Onun sözlərinə görə, ekspertlər qismində məhkəməyə işdən azad etdiyi insanlar dəvət olunublar. Bu səbəbdən onların fikirləri obyektiv sayıla bilməz: «Bizim əleyhimizə ifadə verən şəxslər sonradan mükafatlandırılıblar və vəzifələrə təyin olunublar».

Hüseyn Arabul və «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilir.

Arabulun barəsində ölkədən çıxmamaq haqqında iltizam-qətimkan tədbiri seçilib.

«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG