Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:44

«Demokratiya və insan hüquqları Avropa üçün daha önəmlidir»


Avropa Parlamentinin üzvü Mariya İşler Bequin
Avropa Parlamentinin üzvü Mariya İşler Bequin

Sentyabrın 12-də Milli Məclisdə Azərbaycan-Avropa Birliyi Komitəsinin səkkizinci iclası işə başlayıb. İkigünlük iş zamanı Avropa Birliyi ölkələrindən olan parlamentarilər və Azərbaycan deputatları 11 məsələni müzakirə edəcəklər. Nəticələrə dair tövsiyələr qəbul ediləcək.


Gündəlikdə aşağıdakı məsələlər var: Avropa qonşuluq siyasəti, Avropa tərəfdaşlıq planı və onun həyata keçirilməsi üzrə vəziyyət, 2008-ci il prezident seçkiləri, siyasi və iqtisadi islahatlar, insan hüquqları və KİV azadlığı, qanunun aliliyi və məhkəmə sisteminin islah edilməsi.


İkigünlük müzakirələr və məsləhətləşmələr həmçinin Avropa Qonşuluq Planının həyata keçirilməsi üzrə konkret tədbirlərə, Neft Fondunun fəaliyyətinə, sosial və ekoloji problemlərin həllinə, regionda enerji təhlükəsizliyinə aid məsələləri də özündə ehtiva edir.


Qarabağ münaqişənin vəziyyəti və onun sülh yolu ilə nizamlanması perspektivləri ayrıca bənd kimi müzakirə ediləcək.


Azərbaycan nümayəndə heyətinə iclasda MM-in vitse-spikeri Valeh Ələsgərov rəhbərlik edir. Avropa Birliyini Mariya İşler Bequinin rəhbərliyi ilə 6 deputat təmsil edir.


Görüşü açaraq Valeh Ələsgərov deyib ki, Azərbaycan Avropa Birliyilə səmərəli əməkdaşlığa ümid edir.


Cavab nitqində Mariya İşler Bequin qeyd edib ki, avropalılar Azərbaycanın Avropa strukturlarına inteqrasiya strategiyasını müzakirə etməyə ümid edirlər. «Biz bu işdə kömək etməyə hazırıq, lakin bizim narahatçılığımıza səbəb olan məsələlər var», - deyə o, söhbətin Azərbaycanda söz azadlığından, demokratiya və insan hüquqları normalarından getdiyini qeyd edib.


«Biz bu sahədəki problemlərin həll edilməsini istəyərdik və qoy Bakıda hesab etməsinlər ki, energetika Avropa üçün ən önəmli məsələdir. Bu doğrudan da vacibdir, lakin demokratiya və insan hüquqları Avropa üçün daha önəmlidir», - deyə o vurğulayıb.


Prioritetlər mövzusunu davam etdirən Bequin deyib ki, gələn il prezident seçkiləri keçiriləcək və onun necə keçiriləcəyi Avropanın diqqət mərkəzindədir. Digər prioritet Avropa tərəfdaşlıq planı çərçivəsində «Avropa standartlarına» əməl edilməsilə Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsidir.


Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmadığı üçün bu məsələ həmçinin Avropanı narahat edir, deyə Mariya İşler Bequin qeyd edib. (Turan)


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG