Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:28

Ekspertlərin Qəbələ RLS-ə səfəri təxirə salınıb


Azərbaycan Qəbələ RLS-ə Amerikanın radar planlarına əvəzedici kimi baxmır

Azərbaycan Qəbələ RLS-ə Amerikanın radar planlarına əvəzedici kimi baxmır

Qəbələ RLS-ə ekspertlərin sentyabrın 15-də nəzərdə tutulan səfəri təxirə salınıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bunu texniki səbəblərlə əlaqədar olduğunu bildirib. Sentyabrın 12-də keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında nazirlik rəsmisi deyib ki, səfər 1 həftəyə baş tutacaq.


Qəbələ RLS-ə Rusiya, ABŞ və Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin ekspertləri səviyyəsində səfər planlaşdırılır.


Rusiya səfiri Vasili İstratov səfər sentyabrın 18-də olacağını demişdi.


Xəzər İbrahim deyir ki, Azərbaycan Qəbələ RLS-ə heç də Amerikanın radar planlarına əvəzedici kimi baxmır. Bakının mövqeyi belədir ki, stansiyadan birgə istifadə regionda təhlükəsizliyə töhfə verə bilər.


ABŞ-ın Bakıdakı səfiri Enn Dersi deyib RLS-ə ekspertlərin səfəri sentyabrın 17, 18, yaxud 19-da baş tuta bilər.


İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare Qəbələ RLS-lə bağlı ABŞ və Rusiyanın mümkün müştərək planını hədə adlandırmışdı. O, deyib ki, bu plan gerçəkləşərsə, ilk növbədə Azərbaycanın suverenliyi və sərbəstliyi təhlükə altına düşər.


Xəzər İbrahim deyir əslində hər bir ölkə öz maraqlarından çıxış edir. İranla bağlı məsələlərdə Azərbaycanda öz qəti mövqeyini bildirir.


«Böyük Səkkizliyin» sammitində Rusiya prezidenti amerikalı həmkarına Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib.



Günün bütün mövzuları

XS
SM
MD
LG