Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:02

Bu gün Ulyanovskda Ailə Ünsiyyəti Günüdür


Ötən il Ulyanovskda 28 uşaq doğulmuşdusa, bu il bu rəqəm 78-ə qalxıb
Ötən il Ulyanovskda 28 uşaq doğulmuşdusa, bu il bu rəqəm 78-ə qalxıb

Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru sentyabrın 12-ni şəhərdə Ailə Ünsiyyəti Günü elan edib. Məqsəd demoqrafıq göstəriciləri artırmaqdır.


Buna görə də vilayət hökuməti ər-arvadlara istirahət verib. Təşəbbüsün müəllifləri hesab edirlər ki, doqquz aydan sonra Rusiyanın regionlarında yüzlərlə körpə dünyaya gələcək.


Rusiyada uşaq dünyaya gətirən qadınların həvəsləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Məsələn, Ulyanovskda iyunun 12-də Milli Birlik Günündə uşaq dünyaya gətirən qadınlara yerli hökumət maşın, soyuducu, hətta 10 min dollara qədər nağd pul verir. Çox ailələr də zarafat bir yana uşaqlarının həmin gün doğulmasına can atırlar.


Həvəsləndirmə tədbirlərinin faydası da göz qabağındadır. Ulyanovskn qubernatoru Sergey Morozov deyir ki, əgər 2006-cı ildə regionun xəstəxanalarında 28 uşaq doğulmuşdusa, 2007-ci ildə bu rəqəm 78-ə qalxıb.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG