Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Kifayət qədər uşaq doğulmur, ölümün səviyyəsi isə yüksəkdir…


Rusiyada əhalinin azalmasının əsas səbəbi kimi səhiyyənin pis vəziyyəti göstərilir

Rusiyada əhalinin azalmasının əsas səbəbi kimi səhiyyənin pis vəziyyəti göstərilir

Ekspertlər xəbərdarlıq edirlər ki, yaxın illərdə Rusiyada əhalinin artımıyla bağlı problem olacaq. Səbəb kimi göstərilir ki, ölkədə kifayət qədər uşaq doğulmur, ölümün səviyyəsi isə yüksəkdir. Moskva Dövlət Universitetinin Əhali Problemlərini Araşdırma Mərkəzinin direktoru Valeri Yelizarov bildirir ki, əgər Rusiyanın əhalisi 1993-cü ildə 148,5 milyon idisə, bu gün 142 milyondur. Onun fikrincə, əhalinin azalması göründüyündən daha ciddidir.


«Əgər siz həmin müddət ərzində ölümlə doğumu müqayisə etsək, görərik ki, ölüm doğumdan 12 milyon çox olub. Bu dəhşətli rəqəmin o qədər də ciddi hiss olunmamasının bir səbəbi əhalinin azalmasının immiqrasiyanın hesabına kompensasiya olunmasıdır. Bu müddətdə Rusiyaya 5 milyondan çox immiqrant gəlib. Ancaq faktiki olaraq indi əhalinin sayı o vaxtkından 6,5 milyon azalıb».


Ekspertlər əhalinin azalmasının səbəbləri kimi səhiyyənin pis vəziyyəti, ailələrin birdən artıq uşaq saxlamağa maddi imkanlarının olmamasını göstərirlər.


Hökumət rəsmiləri isə deyirlər ki, tibbi təminat yaxşılaşdırılması, uşaq dünyaya gətirən qadınlara hədiyyələr, imtiyazlar verilməsiylə yaxın 20 il ərzində əhalinin sayının əvvəlki səviyyəsinə çatacaq.


Ekspertlər isə ümidsizdirlər. Deyirlər ki, qocalma problemi, işləyənlərə işləməyən qocalar arasında balansın pozulması ölkənin iqtisadi artımına ciddi təsir edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG