Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Müsəlmanlar Ramazana necə hazırlaşırlar?


Bağdadda 400 ildir ki, fəaliyyət göstərən Şorja bazarında da çaxnaşma başlayıb

Bağdadda 400 ildir ki, fəaliyyət göstərən Şorja bazarında da çaxnaşma başlayıb

Bütün müsəlman ölkələri Ramazan ayına hazırlaşır. Ramazan müsəlman təqviminin doqquzuncu və müqəddəs ayıdır. Bu ayın gecələrindən birində müsəlmanların müqəddəs kitabı olan «Quranı Kərim» nazil olub. Həm də «Ramazan orucu» adlanan bu ayda orucluq təzə ay çıxandan başlanır. Yəni müsəlmanlar gün çıxandan gün batanadək yemək, içmək, siqaret çəkmək və orucu pozan digər hərəkətlərdən imtina edirlər.

«Qurani Kərim»də yazılır ki, sübh açılıncaya, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın.

Bəs on bir ayın sultanı adlandırdıqları Ramazan ayına müsəlman ölkələri necə hazırlaşırlar?


Qiymətlərin qalxmasına baxmayaraq Kairdə hələ bir neçə həftə əvvəl bazarlara, mağazalara axın başlayıb. Oruc tutmağa hazırlaşan əhali Ramazanın ilk gününə hazırlaşır.


Bağdadda 400 ildir ki, fəaliyyət göstərən Şorja bazarında da çaxnaşma başlayıb. Müharibənin taqətdən saldığı daimi sakinlər daha çox ədviyyat, şəkər tozu, çay və qoz-fındıq alış-verişi edirlər. Bu günlərdə Şorja bazarında satılan mallar qonşu Suriyadan gətizdirilir.


Bağdadın evdar qadınlarından biri deyir ki, bayramqabağı Şorja bazarına gəlmək onlar üçün artıq bir ənənəyə çevrilib və hətta bomba partladılması qorxusu da bu ənənənin qarşısını ala bilmir.


Bağdaddakı Amerika hərbçiləri isə bildirirlər ki, bu il Ramazan ayı ərəfəsində ölkədə zorakılıq hallarının sayı azalıb və ümid edirlər ki, bu tendensiya davam edəcək.


İsrailin Baş naziri Ehud Olmert isə bazar ertəsi baş tutan danışıq zamanı Fələstin prezidenti Mahmud Abbasa söz verib ki, Ramazan öncəsi ənənəvi xeyirxah bir jest olaraq məhbusları azad edəcək.


Taliban zorakılıqlarının geniş yayıldığı Əfqanıstanda da təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi gözlənilir.


Səudiyyə Ərəbstanı isə bu il təxminən bir milyon zəvvarın ölkəyə - Məkkəyə ziyarətə gələcəyini gözləyir.


Neftlə zəngin olan Küveytdə isə islamçı qanunvericilərin təsiri altında hökumət konsertləri qadağan edir, beşulduzlu hotellərə bu cür tədbirlərini təxirə salmaq üçün müraciət ünvanlayır.


Qatar, Misir və Tunisdə Ramazan qabağı qiymətlərin kəskin qalxması hökuməti təcili tədbirlər görməyə məcbur edib.


İordaniya barlar, gecə klubları və restoranlarda spirtli içkilərin satışına qadağa qoyub.


İranın şiələr yaşayan bölgələrində rəsmilər restoranların gündüz vaxtı işləməsini qadağan edib, televiziya kanallarının isə əsas mövzusu dindir.


Müsəlmanların ən çox yaşadığı İndoneziyada isə Ramazan hər bir insanın gündəlik həyatına əsaslı təsir göstərir. Televiziya kanalları bütün gün ərzində islama dair proqramlar yayımlayır.


Ölkənin bəzi müsəlman qrupları isə xəbərdarlıq ediblər ki, gecə klublarına qarşı çıxacaqlar.


XS
SM
MD
LG