Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:04

Yuşşenko: «Rusiya mənim zəhərlənməm üzrə işin istintaqına mane olur»


Yuşşenkonun qanında aşkarlanan dioksin yalnız üç ölkədə istehsal oluna bilərdi

Yuşşenkonun qanında aşkarlanan dioksin yalnız üç ölkədə istehsal oluna bilərdi

Ukrayna prezidenti Viktor Yuşşenko deyir ki, Rusiya onun zəhərlənməsi üzrə işin istintaqına mane olur.

Bir sıra Avropa qəzetlərinə müsahibəsində Yuşşenko bildirib ki, o, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdikdən sonra da Moskva Ukrayna istintaqı ilə əməkdaşlıqdan boyun qaçırır.


Beynəlxalq ekspertlər müəyyənləşdiriblər ki, Yuşşenkonun qanında aşkarlanan dioksin yalnız üç ölkənin laboratoriyasında istehsal oluna bilərdi.


Hələ ötən yaz ABŞ və Böyük Britaniya Ukraynaya bu toksik maddənin onlarda olan nümunələrini təqdim ediblər. Ancaq Rusiya bunu indiyədək etməyib.


Ukrayna liderinin dediyinə görə, onun zəhərlənməsinin istintaqı son mərhələdədir, amma hələlik heç kəsə qarşı ittiham irəli sürülməyib.


İstintaq şübhə etmir ki, zəhəri yeməyə 2004-cü il sentyabrın 5-də Ukrayna Təhlükəsizlik Xidməti rəisinin müavini Vladimir Satsyukun bağ evində axşam yeməyi zamanı qatıblar. O və işdə adı hallanan daha iki nəfər Rusiyada gizlənir.


«Şübhəli şəxslərin Ukrayna ədalət məhkəməsinə verilməsi haqda bütün xahişlərimizə Rusiya məhəl qoymayıb», – deyə V.Yuşşenko bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG