Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:13

«Human Rights Watch»dan AYİB-ə müraciət


Aydın Mirzəzadənin fikrincə, «Human Rights Watch»un müraciəti qərəzli xarakter daşıyır

Aydın Mirzəzadənin fikrincə, «Human Rights Watch»un müraciəti qərəzli xarakter daşıyır

«Human Rights Watch» insan huquqlarını beynəlxalq müdafiə təşkilatı Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) Azərbaycana kredit ayırarkən insan haqlarıyla bağlı vəziyyəti nəzərə almağa çağırıb.


Təşkilat rəhbərliyi istəyir ki, bank Azərbaycan hökuməti qarşısında həbs olunmuş jurnalistlərin qeyd-şərtsiz azadlığa buraxılmasını, böhtanla bağlı cinayət məsuliyyəti nəzərdə tutan maddənin ləğvini tələb etsin.


Bu tələblər sırasında həmçinin «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı aparılan istintaqın səmərəliliyinin artırılması, Milli Teleradio Şurası üzvlərinin cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərindən formalaşması, siyasi məhbuslara amnistiya tətbiq olunması, həbs və təqiblərdən istifadədən çəkinmək, ədalətli məhkəmə standartlarını təmin etmək, məhbuslara qarşı törədilən bütün işgəncə hallarını araşdırmaq, toplanmaq azadlığını təmin etmək və s. də var.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin fikrincə, «Human Rights Watch»un müraciəti qərəzli xarakter daşıyır və qurum öz missiyasından kənara çıxaraq Azərbaycana ayrılan kreditlərə qarışır: «Mən də bu təşkilata maliyyə ayıran mənbələrdən xahiş edirəm ki, onun obyektivliyini nəzərə alsınlar».


Günün bütün mövzuları

XS
SM
MD
LG