Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:36

Azərbaycan Əfqanıstandakı sülhməramlıların sayını artırmaq istəyir


Azərbaycanın Müdafiə Nazirliyi Əfqanıstanda antiterror koalisiyası daxilində xidmət edən şəxsi heyətinin sayını iki dəfə artırmaq niyyətindədir. Nazirliyin Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, Azərbaycan sülməramlıların işində öz fəallığını artırmaq istəyir.


Hazırda Əfqanıstanın Kabil şəhərində Azərbaycan Müdafiə Nazirliyinin 22 nəfərdən ibarət bir taqımı xidmət göstərir.


Azərbaycan əsgərləri antiterror koalisiyası daxilində ilk dəfə 2002-ci ilin noyabrında Əfqanıstana daxil olub.


XS
SM
MD
LG